Son illərdə DİM və MİQ imtahanlarında yalnız baş qəhrəmanların deyil, həm də oxucuya yardımçı kimi görünən obrazların dialoq və monoloqları sual kimi təqdim olunur. Bəzən bu obrazlar oxu zamanı əhəmiyyətsiz təsir bağışlayır, lakin imtahanda məhz onların fikirlərindən suallar düşür.
Bu səbəbdən əsərləri yalnız səthi şəkildə oxumaq kifayət etmir — hər bir obrazın xarakterini, danışıq tərzini və düşüncə dünyasını dərindən duymaq lazımdır. Əsəri oxuyarkən obrazı sanki gündəlik həyatda rastlaşdığın bir insan kimi düşün; onun nitqinə, reaksiyalarına, söz seçiminə fikir ver.
Necə ki, gündəlik həyatda bir insanın danışığından onun kimliyini təxmin edə bilirik, eyni qayda ilə əsərlərdə də dialoq və ya monoloqa əsasən hansı obrazın danışdığını müəyyən etmək mümkündür. Bunun üçün obrazların xarakterlərini analiz etmək, onların müsbət və mənfi tərəflərini düzgün ayırmaq vacibdir.
Bizim dərslərimizdə əsərlər sadəcə oxunmur — yaşanılır. Hər obraz təhlil edilir, onun daxili motivləri, digər obrazlarla münasibəti və danışıq üslubu öyrənilir. Bu, şagirdin əsəri əzbərləməkdən çox anlamağa və hiss etməyə yönəlməsinə kömək edir.
Təhlil zamanı təkcə öz fikirlərimizə deyil, görkəmli ədəbiyyatşünasların — məsələn, Yaşar Qarayev kimi alimlərin baxışlarına da müraciət edirik. Beləliklə, hər bir əsər həm fərdi, həm də elmi yanaşma ilə araşdırılır, nəticədə şagirdlərdə daha dərin ədəbi düşüncə formalaşır.
Kursumuzda diqqət yetirilən əsas istiqamətlər:
· Əsərlərin və obrazların sistemli şəkildə təhlili;
· Dialoq və monoloqların dil, ton və mənaca öyrənilməsi;
· Müxtəlif ədəbiyyatşünasların fikirləri ilə müqayisəli yanaşma;
· İmtahan tipli suallar əsasında praktik məşqlər və analizlər.
Bu yanaşma sayəsində şagirdlərimiz yalnız əsərləri xatırlamır, onları anlayır, hiss edir və imtahanda tətbiq edir.
Əsərləri yadda saxlamaq yox, yaşayaraq öyrənmək istəyirsənsə, sən də dərslərimizə qoşul. Birlikdə obrazları hiss edək, sözlərin altındakı mənanı kəşf edək və ədəbiyyatı sadəcə fənn kimi deyil, həyat kimi anlayaq.
Bəlkə də, həyat dediyimiz elə bir teatr səhnəsidir, bizlər isə — öz rolunu oynayan aktyorlarıq...