Bu hekayədə, İlyas Əfəndiyevin əksər əsərlərində olduğu kimi, müharibələrin insan talelərinə necə dağıdıcı təsir göstərdiyi böyük ustalıqla vurğulanır. Düşmənin bir gülləsi bir ailənin həyatını soldurur, arzuların yarımçıq qalmasına səbəb olur və bu dərin hüzün oxucuya sarsıdıcı şəkildə çatdırılır.
Ədəbiyyat hər zaman xalqın ictimai-siyasi və sosial məsələlərinə güzgü tutub. Xalqımıza qarşı törədilən haqsızlıqlar, xüsusilə də 1988-ci ildən başlanan və sonradan şiddətlənən Qarabağ münaqişəsi yazıçılarımızın əsərlərində öz əksini tapıb. Əli Səmədlinin "Qanlı Bənövşə" əsəri də məhz bu milli faciəni ədəbiyyatın dili ilə çatdırır.
Raskolnikov obrazının simasında Hüseyn Cavidin "İblis” əsərindəki məşhur monoloq sanki yenidən canlanır: “İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis!”
Ernest Heminqueyin “Qoca və dəniz” əsəri sadəcə bir balıqçının okeandakı macərası deyil, insanın həyatla, təbiətlə və özü ilə mübarizəsinin dərin bir fəlsəfi simvoludur. Əsərdəki hadisələr insanlığın varoluşuna dair sualları oyadır, insan iradəsinin sərhədlərini göstərir və tənhalığın, səssizliyin içindəki gücü üzə çıxarır.