Hürufizm fonunda Nəsimi yaradıcılığı

Görkəmli filosof-şair, Azərbaycan ədəbiyyatında anadilli fəlsəfi şeirin banisi olan İmadəddin Nəsiminin həyatı haqqında geniş məlumat olmasa da, ölümü ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Nəsimi yaradıcılığı sonsuz bir ümman kimidir: nə vaxt araşdırsan, yeni fikirlər, yeni mənalar kəşf edərsən. Onun şeirlərinin fəlsəfəsini və mənasını tam şəkildə şərh etmək mümkün deyil. Məhz bu səbəbdən Nəsimi yaradıcılığını təhlil edən ədəbiyyatşünaslar arasında daim fikir ayrılıqları yaranmışdır, xüsusilə də “Sığmazam” rədifli qəzəl ilə bağlı.

 

Nəsimi yaradıcılığının ilkin mərhələsində sufizmə meyl etsə də, sonradan hürufizm cərəyanının banisi olan görkəmli filosof Fəzlullah Nəimi ilə tanış olduqdan sonra bu cərəyanı təbliğ etməyə başlamışdır. Hürufizm cərəyanının əsas ideyasına görə Allahın zahiri görünüşü solmazdır və O, insanda — yaradılmışların ən kamilində təcəlli edir. İnsan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. Eyni zamanda O, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28, fars əlifbasının isə 32 hərfində təcəssüm edir. Bir sözlə, bütün sirlər hərflərdə gizlidir.

 

Hürufilərə görə insan Tanrının yerdəki zərrələrindən, ondan qopmuş bir parçasıdır və yalnız kamil insan yenidən Allaha qovuşa bilər. Hürufilər ümumilikdə yüksək humanist ideyaları təbliğ etmiş, insana və insanlığa böyük dəyər vermişlər. Hürufizm ideyalarına müəyyən qədər yaxın olan düşüncələrin təbliği Həbibi yaradıcılığında da öz əksini tapır; o da insana zidd olan hər şeyi rədd edir, insana yüksək qiymət verirdi. Lakin hürufizmi ilk dəfə fəlsəfi-dini sistem kimi formalaşdıran Fəzlullah Nəimi olmuşdur. Nəsimi də Nəimi kimi ömrünün sonuna qədər bu cərəyanı təbliğ etmiş, çoxsaylı tərəfdarlar toplamışdır.

 

Görkəmli filosof-şair, Azərbaycan ədəbiyyatında anadilli fəlsəfi şeirin banisi olan İmadəddin Nəsiminin həyatı haqqında geniş məlumat olmasa da, ölümü ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Nəsimi yaradıcılığı sonsuz bir ümman kimidir: nə vaxt araşdırsan, yeni fikirlər, yeni mənalar kəşf edərsən. Onun şeirlərinin fəlsəfəsini və mənasını tam şəkildə şərh etmək mümkün deyil. Məhz bu səbəbdən Nəsimi yaradıcılığını təhlil edən ədəbiyyatşünaslar arasında daim fikir ayrılıqları yaranmışdır, xüsusilə də “sığmazam” rədifli qəzəl ilə bağlı.

 

Nəsimi yaradıcılığının ilkin mərhələsində sufizmə meyl etsə də, sonradan hürufizm cərəyanının banisi olan görkəmli filosof Fəzlullah Nəimi ilə tanış olduqdan sonra bu cərəyanı təbliğ etməyə başlamışdır. Hürufizm cərəyanının əsas ideyasına görə Allahın zahiri görünüşü solmazdır və O, insanda — yaradılmışların ən kamilində təcəlli edir. İnsan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. Eyni zamanda O, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28, fars əlifbasının isə 32 hərfində təcəssüm edir. Bir sözlə, bütün sirlər hərflərdə gizlidir.

 

Hürufilərə görə insan Tanrının yerdəki zərrələrindən, ondan qopmuş bir parçasıdır və yalnız kamil insan yenidən Allaha qovuşa bilər. Hürufilər ümumilikdə yüksək humanist ideyaları təbliğ etmiş, insana və insanlığa böyük dəyər vermişlər. Hürufizm ideyalarına müəyyən qədər yaxın olan düşüncələrin təbliği Həbibi yaradıcılığında da öz əksini tapır; o da insana zidd olan hər şeyi rədd edir, insana yüksək qiymət verirdi. Lakin hürufizmi ilk dəfə fəlsəfi-dini sistem kimi formalaşdıran Fəzlullah Nəimi olmuşdur. Nəsimi də Nəimi kimi ömrünün sonuna qədər bu cərəyanı təbliğ etmiş, çoxsaylı tərəfdarlar toplamışdır.

 

“Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığmazam.”

 

Bu misralarda Nəsimi insanın varlığını izah etməyə çalışanlara susmalarını söyləyir. Ona görə insan heç bir şərhə, bəyanata sığa bilməz.

 

“Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.”

 

Burada “mən” deyərkən bütün insanları nəzərdə tutur. Nəsimiyə görə insanı qəliblərə salmaq, onu müəyyən çərçivələrlə məhdudlaşdırmaq olmaz.

 

Bəs nə üçün bu qədər humanist ideyalar təbliğ edən hürufilər — Nəimi və Nəsimi başda olmaqla — istər müsəlman din xadimləri, istərsə də dövrün hökmdarları tərəfindən, xüsusilə Osmanlı imperiyası və Teymuri dövlətində kəskin narazılıqla qarşılanırdı? Məgər bunun yeganə səbəbi hürufiliyin İslama zidd hesab edilməsi idimi?

 

“Çün bizə məlum olubdur məniyi-ümmül kitab,

Arifəm, səmimə sığmaz zahidin əfsanəsi.”

 

Bu misralarda Nəsimi Qurani-Kərimin, xüsusilə Fatihə surəsinin sirlərinin arif olan hürufilərə məlum olduğunu, lakin zahidin — yalançı din xadimlərinin — uydurmalarını qəbul etmədiyini bildirir. Ümumilikdə hürufilər İslam dininə qarşı deyildilər; yalnız bəzi ayinlərə fərqli yanaşmaları var idi. Hətta şair:

 

“Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm,

Bundan uludur ayətim, ayətü-şanə sığmazam.”

 

— deyərək Haşimi və Qüreyşi olduğunu bildirir, lakin əlavə edir ki, insanın mahiyyəti yalnız bu əlamətlərlə məhdudlaşmır. İnsan heç bir dini, irqi və ya milli qəlibə sığdırıla bilməz.

 

Mənim fikrimcə, Nəsimi burada insanın dini mənsubiyyətinə görə deyil, sırf insan olduğu üçün dəyərli olduğunu vurğulayır. Dinindən, irqindən və millətindən asılı olmayaraq insanlıq məqamı bütün bu fərqlərdən üstündür.

 

Lakin Teymuri hökmdarları, xüsusilə Miranşah, hürufiləri öz səltənətləri üçün təhlükə hesab edirdilər. Onların bu ideyalara qarşı bu qədər sərt mövqe tutmalarının əsas səbəbi yalnız din deyildi; din sadəcə bir pərdə rolunu oynayırdı. Tarix boyu insanları yönləndirməyin ən asan yolu din olmuş və hökmdarlar bundan məharətlə istifadə etmişlər. Güclünün zəifi əzdiyi, vicdanın susub qılıncların danışdığı, ağır vergiləri ödəyə bilməyən insanların dar ağacından asıldığı bir dövrdə, insanın toxunulmazlığını müdafiə edən fikirlərin qəbul olunmaması təbii idi.

 

“Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpə soyarlar, ağrımaz.”

 

Bu misralarla Nəsimi bildirir ki, o, bütün təzyiqlərə baxmayaraq son nəfəsinə qədər öz əqidəsindən dönməmişdir. Zaman hər kəsi öz süzgəcindən keçirir və kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarır. Nəsimi də bu sınaqdan keçmiş və bunun nəticəsidir ki, ölümündən əsrlər keçməsinə baxmayaraq, əsərləri bu gün də sevilərək oxunur, özü və şeirləri hələ də qəlblərdə yaşayır.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığmazam.

 

Bu misralarda Nəsimi insanın varlığını izah etməyə çalışanlara susmalarını söyləyir. Ona görə insan heç bir şərhə, bəyanata sığa bilməz.

 

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

 

Burada “mən” deyərkən bütün insanlığı nəzərdə tutur. Nəsimiyə görə insanı qəliblərə salmaq, onu müəyyən çərçivələrlə məhdudlaşdırmaq olmaz.

 

Bəs nə üçün bu qədər humanist ideyalar təbliğ edən hürufilər — Nəimi və Nəsimi başda olmaqla — istər müsəlman din xadimləri, istərsə də dövrün hökmdarları tərəfindən, xüsusilə Osmanlı imperiyası və Teymuri dövlətində kəskin narazılıqla qarşılanırdı? Məgər bunun yeganə səbəbi hürufiliyin İslama zidd hesab edilməsi idimi?

 

Çün bizə məlum olubdur məniyi-ümmül kitab,

Arifəm, səmimə sığmaz zahidin əfsanəsi.

 

Bu misralarda Nəsimi Qurani-Kərimin, xüsusilə Fatihə surəsinin sirlərinin arif olan hürufilərə məlum olduğunu, lakin zahidin — yalançı din xadimlərinin — uydurmalarını qəbul etmədiyini bildirir. Ümumilikdə hürufilər İslam dininə qarşı deyildilər; yalnız bəzi ayinlərə fərqli yanaşmaları var idi. Hətta şair:

 

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm,

Bundan uludur ayətim, ayətü-şanə sığmazam.

 

— deyərək Haşimi və Qüreyşi olduğunu bildirir, lakin əlavə edir ki, insanın mahiyyəti yalnız bu əlamətlərlə məhdudlaşmır. İnsan heç bir dini, irqi və ya milli qəlibə sığdırıla bilməz.

 

Mənim fikrimcə, Nəsimi burada insanın dini mənsubiyyətinə görə deyil, sırf insan olduğu üçün dəyərli olduğunu vurğulayır. Dinindən, irqindən və millətindən asılı olmayaraq insanlıq məqamı bütün bu fərqlərdən üstündür.

 

Lakin Teymuri hökmdarları, xüsusilə Miranşah, hürufiləri öz səltənətləri üçün təhlükə hesab edirdilər. Onların bu ideyalara qarşı bu qədər sərt mövqe tutmalarının əsas səbəbi yalnız din deyildi; din sadəcə bir pərdə rolunu oynayırdı. Tarix boyu insanları yönləndirməyin ən asan yolu din olmuş və hökmdarlar bundan məharətlə istifadə etmişlər. Güclünün zəifi əzdiyi, vicdanın susub qılıncların danışdığı, ağır vergiləri ödəyə bilməyən insanların dar ağacından asıldığı bir dövrdə, insanın toxunulmazlığını müdafiə edən fikirlərin qəbul olunmaması təbii idi.

 

Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpə soyarlar, ağrımaz.

 

Bu misralarla Nəsimi bildirir ki, o, bütün təzyiqlərə baxmayaraq son nəfəsinə qədər öz əqidəsindən dönməmişdir. Zaman hər kəsi öz sınağından keçirir və kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarır. Nəsimi də bu sınaqdan keçmiş və bunun nəticəsidir ki, ölümündən əsrlər keçməsinə baxmayaraq, əsərləri bu gün də sevilərək oxunur, özü və şeirləri hələ də qəlblərdə yaşayır.